İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Bu barədə Yerveinsan.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-nın Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub. Zəlzələnin maqnituası 4.0, dərinliyi 10 km olub.