DİN: 36,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının mayın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 30 kiloqram heroin, 4,6 kiloqramdan atıq metamfetamin, 1,6 kiloqramdan çox marixuana olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.