FHN: Ötən sutka ərzində 11 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 halda yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Yerveinsan.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 11 nəfər xilas edilib, Bakı şəhərinin Nəsimi rayonunda “ВАЗ” markalı minik avtomobilində baş verən yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.