Şüvəlanda itkin düşmüş qadın axtarılır
Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva bu ilin iyununda yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Onun əlamətləri belədir: Boyu təxminən 156 santimetr, arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", – deyə məlumatda qeyd olunur.

