Ümumi çəkisi 16,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının mayın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,3 kiloqramdan artıq heroin, 10 kiloqramdan çox marixuana, həmçinin 245 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.