BDU-nun Jurnalistika fakültəsinə tələbə qəbulu aparılır

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Fakültədə elmi-tədqiqat laboratoriyası, Tədris teleradio studiyası, “Füyuzat” media mərkəzi, Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia və elektron kommunikasiya, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları fəaliyyət göstərir.

Bu barədə BDU-dan məlumat verilib.

Universiteti jurnalistika ixtisası üzrə bitirən məzunlar müxtəlif media qurumları, müəssisə və təşkilatların mətbuat xidməti, ictimaiyyətlə əlaqələr şöbələri, informasiya agentlikləri və reklam sahələrində çalışa bilərlər.