Ana Birçal Prezident İlham Əliyevi təbrik etdi

2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, ədliyyə naziri,Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçaldan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Yerveinsan.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün tam təmin olunması münasibətilə Sizi təbrik edirəm. Bu hadisə Cənubi Qafqaz regionunun tərəqqisi üçün yeni imkanların yaranması baxımından bir şansdır.

Cənab Prezident, Sizin Avropa İttifaqı ilə əlaqələrin inkişafına göstərdiyiniz diqqət, Ukraynaya dəstəyiniz, müxtəlif xalqların nümayəndələrinə və dini konfessiyalara hörmətiniz bizim üçün çox əhəmiyyətlidir.

İcazə verin, Rumıniya ilə Azərbaycan arasında mənim xüsusi önəm verdiyim strateji tərəfdaşlığın dərinləşməsinə göstərdiyiniz daimi dəstəyə görə Sizə təşəkkür edim.

Zati-alinizlə Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirəm".