Tərtərdə silah-sursat aşkar edilib

Tərtər rayonunda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat, 3 tüfəng, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.