Evakuatorla minik maşını toqquşdu – Ölən var

Bərdədə evakuatorla minik maşını toqquşub, bir nəfər ölüb.

Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. 1978-ci il təvəllüdlü Etibar Məmmədovun idarə etdiyi "İSUZU" markalı evakuator 1954-cü il təvəllüdlü Ağamirzəyev Nəriman Fərman oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilinə arxadan çırpılıb. Hadisə nəticəsində sürücü N.Ağamirzəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.