DİN: Qanunsuz saxlanılan silahlar təhvil götürülür

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd tüfəng və 1 ədəd qumbara təhvil götürüblər.