Cəlilabad rayon Ləzran kənd sakini itkin düşüb

Daxili İşlər Nazirliyindən bildirilib ki, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ş.Kərimovanın əlamətləri: boyu 152 santimetr, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) məlumat vermələri xahiş olunur.