Ağdamda 25 yaşlı qadın itkin düşüb

Ağdamda 25 yaşlı qadın itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 25-i Ş.Qurbanova Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, baldızı E.Qurbanovanın itkin düşdüyünü bildirib.

Aparılan ilkin araşdırma zamanı müəyyən olunub ki, 1999-cu il təvəllüdlü Ağdam rayon, Ergi qəsəbəsində yaşayan E.Qurbanova 25.03.2024-cü il tarixdə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.