Bakıda polis silahla ehtiyatsız davranması nəticəsində həyatını itirib

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması onun ölümü ilə nəticələnib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə polis nəfəri Ruslan Kazımovun tabel silahını təmizləməsi zamanı baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri R.Kazımovun həyatını xilas etmək mümkün olmayıb.