Abşeronda evdən külli miqdarda oğurluq olub

Abşeronda evdən külli miqdarda oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.