Ağdamda minaatan qurğular aşkar edilib

Ağdamda minaatan qurğular aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.