Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır

Azərbaycan Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş təsdiq edilib.

 “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.