Xəzər dənizində dalğanın hündürlüyü 2 metrdir – FAKTİKİ HAVA

Mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında küləyinin sürəti 20 m/s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 01-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.