Azərbaycanda polis silahla ehtiyatsız davranma nəticəsində vəfat edib
İyunun 6-da təlim zamanı antiterror tədbirlərinin iştirakçılarından olan polis nəfəri V.Baratov xidməti silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən V.Baratov bir müddət sonra vəfat edib.
Faktla bağlı araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

