Müdafiə nazirinin müavini Aqil Qurbanov İtaliya Respublikasına səfər edib
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə, həmçinin, birgə layihələr, eləcə də, bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.