Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edəcək

Milli Məclis Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edəcək.

Bunu parlamentin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ daxil edilib.

“Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar mənə müraciət ediblər və onlar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etməyi xahiş ediblər”, - Qafarova əlavə edib.

Daha sonra YAP-ı təmsil edən deputat Hikmət Babaoğlu YAP-ın müraciətini səsləndirib.//Trend