Quldurluq əməlində şübhəli bilinən qrupun digər üzvü də saxlanıldı

Quldurluq əməlində şübhəli bilinən qrupun digər üzvü müəyyən olunaraq saxlanılıb.

DİN-dən  verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən qrupun digər üzvü Əbdül Əjdərov da müəyyən olunaraq saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Elnur Məcidzadə və bir qadın saxlanılıb.