Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.
Tərəflər, həmçinin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.