Goranboyda evdən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

Goranboy rayon sakinlərindən birinə məxsus evdən 15 min dollar və dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.