Gömrük nəzarətindən gizlədilən siqaretlər və dərman vasitələri aşkarlanıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aksiz markası ilə markalanmayan siqaretlərin və digər malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus baqaj və əl yüklərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 7 adda 27580 ədəd siqaret, 9 adda 2256 ədəd dərman vasitəsi, “İphone 13 pro, 128 GB” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.