AQTA və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında görüş keçirilib

Azərbayvan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş təşkil olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə “Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” imzalanmış Anlaşma Memorandumunun müddəalarının icrası müzakirə edilib.

Ölkə daxilində məhdud dairələrdə tətbiq olunan zərərverici orqanizmlərin siyahısı və idxal karantin tələbləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüş zamanı Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığına yumurta, ət, süd məhsulları və fitosanitar nəzarət altında olan digər kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələləri diqqət mərkəzində olub. Həmçinin baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşün yekununda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.