Ötən gün 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 7-də ümumi çəkisi 5 kiloqrama yaxın olan narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.