Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

ADY Bakı-Ağdam-Bakı marşrutu üzrə 9 noyabr tarixində əlavə qatar reysləri təyin edir.
Bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində iki istiqamətdə səfər edə bilərsiniz.
Qurumdan əlavə edilib ki, Qarabağa getmək üçün bileti dəmiryol kassalarından, ADY-nin saytından və “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.