Bakı-Ağstafa-Bakı xətti üzrə əlavə qatar reysləri təyin edilib

ADY Zəfər Günü ilə əlaqədar 8, 9, 10 və 11 noyabrda Bakı-Ağstafa-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib.

Bu barədə  ADY-dən məlumat verilib.

 Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər etmək mümkündür.

“Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar”, - məlumatda qeyd edilib.