Laçının Qorçu qəsəbəsində tikinti layihəsi üzrə söküntü işləri aparılacaq
Laçın rayonunun Qorçu qəsəbəsinin tikinti layihəsi çərçivəsində söküntü işlərinə başlanılır.
Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “El-Seym İnşaat" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1,059 milyon manat ödənilib.
İşlərin həvalə olunduğu “El-Seym İnşaat" QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 152 min manat olan QSC-nin qanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.

