Şəhid Abdulla Quliyevlə vida mərasimi keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın, Ə.Vahid, A.Şaiq, Q.Musabəyov, X.B.Natəvan adına kitabxana filiallarının kollektivləri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri və fəal oxucuları Birinci Qarabağ müharibəsi şəhidi Abdulla Novruz oğlu Quliyevin vida mərasimində iştirak etdilər.
Şəhid Abdulla Quliyev Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib və 1992-ci ilin may ayında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
33 ildən sonra şəhidimizin nəşi tapılaraq, Abşeron rayonu Saray qəsəbə qəbiristanlığının Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidimizin ruhuna dualar oxunub, cənazə namazı qılınıb.
Vida mərasimində qəhrəman şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, yaradıcı ziyalılar, alimlər iştirak ediblər.

