Türkiyəyə ixracı nəzərdə tutulan alma məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.
Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.

