Kiberpolisdən Qarabağ–Çelsi oyununa qanunsuz bilet satan şəxslərə qarşı ƏMƏLİYYAT
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

