Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

COP29-un prezidenti Muxtar Babayev Belendə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib.

Bu barədə COP29 "X" hesabında paylaşım edilib.

 M.Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi "Bakı Maliyyə Məqsədi" də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən hesab-faktura təqdim edib.

Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icrası tələb olunur.//Trend