Xəzər dənizində zəlzələ baş verib
Aprelin 23-də Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,2 olan zəlzələ yerli vaxtla saat 09:57-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 20 kilometr olub.

