Paytaxt ərazisində vətəndaşların daha rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu yol infrastrukturunda təmir işlərinin davam etdirilməsi planlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bu səbəbdən aşağıdakı küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq:
Səməd Vurğun küçəsi (A.A.Bakıxanov – M.Mirqasımov küçələri arası)
Rəşid Behbudov küçəsi (S.Rəhimov – S.Zeynalov küçələri arası)
Vaqif prospekti (C.Hacıbəyli – S.Vurğun küçələri arası)
Məhdudiyyətlər 1 may saat 23:00-dan 4 may saat 07:00-dək davam edəcək və aparılan işlərin gedişindən asılı olaraq mərhələli şəkildə tətbiq olunacaq.
Eyni zamanda, Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti) da nəqliyyatın hərəkətinə məhdudiyyətlər nəzərdə tutulur. Belə ki, 1–3 may tarixlərində hər gün saat 07:00-dan 23:00-dək qismən məhdudiyyət tətbiq ediləcək. 1–4 may tarixlərində isə hər gecə saat 23:00-dan 07:00-dək həmin istiqamətdə hərəkət tam məhdudlaşdırılacaq.
Xarici Dairəvi yolda tam məhdudiyyət qüvvədə olduğu müddətdə nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təşkil ediləcək.
Sürücülərə əvvəlcədən marşrutlarını planlaşdırmaları və qeyd olunan məhdudiyyətləri nəzərə almaları tövsiyə olunur.

