Birinci vitse-prezident Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir: “Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.