Azərbaycanlıların olduğu gəmi batdı - ölən və itkin düşənlər var
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi batıb. Gəminin göyərtəsində 3 Azərbaycan vətəndaşı da olub.
Bu barədə “Realitatea Plus” telekanalı mənbələrə istinadən xəbər verib.
Məlumata görə, saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə fəlakət siqnalı daxil olub. Gəmidə ümumilikdə 13 nəfər – 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.
Hazırda sudan 9 nəfərin sağ çıxarıldığı, bir nəfərin öldüyü, 3 nəfərin isə itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlverişsiz hava şəraiti işləri çətinləşdirir.
Gəminin hansı səbəbdən zədələndiyi və batdığı hələlik məlum deyil. İlkin məlumatlara görə, gəmi neft məhsulları daşıya bilərdi.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.//Trend

