Quba, Qusar və Xızı rayonlarına qar yağıb

Noyabrın 21-dən başlayaraq Quba, QusarXızı rayonlarının ərazisinə qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox qar Xızıya yağıb. Rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetrə çatır.

Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 7-8 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.