Azərbaycan nefti həftə ərzində 0,8% bahalaşıb

Ötən həftə ərzində (25-29 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 0,56 ABŞ dolları və ya 0,83% artaraq orta hesabla 67,93 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 68,2 dollar təşkil edib, ən minimal göstərici isə 67,73 dollara bərabər olub.