Azərbaycanda daha bir qoruğa milli qoruq statusu verilib

“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

 
Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.