Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,3 bal gücündə zəlzələ olub.

Yerveinsan.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxta saat 03:43-də qeydə alınıb.

Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.