Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar artaraq 28,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,60 dollar ucuzlaşaraq 18,27 dollar təşkil edib.

