Qubanın dağlıq ərazilərinə qar yağıb

Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən digər yaşayış məntəqələrinə qar yağıb.

Xınalıqda qarın hündürlüyü 6 santimetr, Qrızda və Xaltanda isə 3 santimetr olub. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 4 dərəcəyədək enib.