Sinoptiklər xəbərdarlıq edirlər...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-18, arabir 20-23 metr/saniyə olacağı, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir saniyədə 25 metrədək güclənəcəyi gözlənilir. Bunun nəticəsində də havanın temperaturu ötən günlərlə müqayisədə 5°-dək enəcək.

Xidmətdən  bildiriblər ki, iyunun 4-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, iyunun 5-i axşam və 6-da əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.