Ceyranbatanda baş verən yanğın ərazisinə 2 helikopter cəlb edildi

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin aviasiya dəstəsinin iki helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.