Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib
Energetika naziri Pərviz Şahbazov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında vətəndaşlarla görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə vətəndaşların qaz təchizatı, elektrik şəbəkəsinə qoşulma, kəndin elektrik təsərrüfatının yenilənməsi və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Laçın rayonundan olan 11 vətəndaş iştirak edib.

