Noyabrın 4-də 195 və 195E nömrəli marşrut avtobuslarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək

Noyabrın 4-də 195 və 195E nömrəli marşrut avtobuslarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 Dəyişikliyə səbəb Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməsidir.

Məhdudiyyətlə əlaqədar avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.