Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 6-da saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Dövlət Xidmətindən bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların noyabrın 3-dək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.