Sahil Babayevə yeni müavin təyin edildi
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, hazırda maliyyə naziri Sahil Babayevdir.

