Gürcüstanda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub


Oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub.

Hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.